Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-03 13:05:00
Təhsil İdarəsinin rəisinə cinayət işi açılıb? - Rəsmi CAVAB

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev barədə Quba rayon Prokurorluğunda cinayət işinin aparılması barədə məlumatlar yayılıb.

 

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AzEdu.az-a açıqlama verilib.

 

Bildirilib ki, Rüfət Hacıyevin 2016-2018 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbdə direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şahbalayev Ruslan Teymur oğlunun imzası ilə 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilib. Həmin məktuba əsasən, rayon Prokurorluğunda fakt üzrə araşdırma aparılır.

 

Əlavə olaraq qeyd edilib ki, bu araşdırma 5 il əvvələ aiddir.

 

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.