Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-30 11:16:00
Solaxay uşaqları sağ əli yazmağa məcbur etməyin – Kəkələmə yarana bilər

Kəkələmə xəstəlik olmasa da, ciddi problemdir.

AzEdu.az xarici mediaya istinadən, uşaqlar kəkələmə problemi barədə məlumatı təqdim edir:

Bu problem 3-5 yaşlı uşaqlar arasında daha çox inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda rast gəlinir. Bəzi ailələrdə gərginlik səviyyəsinin yüksək olması uşağın nəfəs borusu, səs tellərinə, beyindəki nitq mərkəzinə birbaşa təsir edə bilər. Uşaqlıqda yaşanan gərginlik, narahatlıq, qorxular da kəkələmə problemini yaradan amillərdən hesab oluna bilər.

Kəkələmə problemi olan uşaqlar məktəbdə özlərini ifadə edə bilməz və kənar qalarlar…

Kəkələmə tanımadığı insanların olduğu yerlərdə, telefona cavab verərkən, birindən bir şey istəyərkən özünü biruzə verir. Uşaqlar belə hallarda utandıqları üçün bu kimi vəziyyətdən qaçmağa çalışarlar. Söyləyə bilmədikləri sözün yerinə dərhal yaxın mənalı sözü gətirərək cümləni tamamlamağa çalışarlar. Adları soruşulduqda cavab verməkdə çətinlik çəkirlər. Bağça və ya məktəbdə daim arxa sıralara çəkilər, yoxlamalar alınarkən gec cavab verərlər. Daha çox mimikaları ilə cavab verməyə meyilli olan kəkələyən uşaqlar yeni bir şey istəmək və ya demək yerinə başqaları ilə eyni fikirdə olduqlarını bildirərlər.

Mütəxəssislərin fikrincə, solaxay uşaqları sağ əli ilə yazmağa öyrətmək də kəkələməyə təkan verə bilər.

Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Bu halda da uşaq mütləq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək oynamaq xoşlayır, qapalı və təcavüzkar böyüyür.