Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 09:25:00
Rekord səviyyədə aşağı doğum qeydə alınıb

Yaponiyada doğum yeddinci ildir ki, rekord səviyyədə aşağı düşərək 1,26 səviyyəsinə enib.

AzEdu.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi hökuməti sürətlə azalan doğum problemini həll etmək üçün hərəkətə keçməyə çağırıb.

Qeyd edilib ki, bu rəqəm əhalinin zəruri inkişaf səviyyəsini saxlamaq üçün lazım olan 2,06-2,07 rəqəmindən xeyli aşağıdır.

125 milyondan çox əhalisi olan Yaponiyada 16 ildir ki, azalma baş verir. Belə davam edərsə, 2070-ci ilə qədər bu rəqəm 87 milyona düşəcək

Yaponiyada yeni doğulanların sayı keçən il də 5% azalaraq 77,747-yə enib, bu, növbəti yeni aşağı göstəricidir. Əhalinin sayı 798 214 nəfər azaldığından ölənlərin sayı 9% artaraq 1,57 milyona çatıb və 16 illik azalma silsiləsi davam edir.

Hökumət növbəti üç il ərzində yeni doğulan uşağa qulluq paketi kimi illik 3,5 trilyon yen (25,2 milyard dollar) ayırmağı  planlaşdırır. Bu paketə uşaqların tərbiyəsi üçün müavinətlər və ali təhsil üçün artan subsidiyalar daxildir.