Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 13:22:00
37 nəfərə elmi dərəcə verilməsindən imtina OLUNDU  
May ayında 37 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
 
 
AzEdu.az xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Məlumata görə, 49 nəfərə fəlsəfə doktoru, 13 nəfərə elmlər doktoru dərəcəsi verilib.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə isə imtina cavabı gəlib.
 

Bundan başqa, 26 nəfərə dosent, 6 nəfərə professor elmi adı verilib.

Dosent elmi adı almaq istəyən 1 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.