Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 13:48:00
Pilotsuz Uçuş Aparatı hazırlayan azərbaycanlı gənclər - “Maraqlı adam”ların MÜSAHİBƏSİ

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

Budəfəki həmsöhbətimiz 3 tələbədir - "Texnofest"də birinci yer tutan komandanın üzvləri...

Beləliklə, Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Nadir Daşdiyev, Rəşad Əliyev və Nurtac Mirili ilə tanış olaq.

Komandanın kapitanı Nadir Daşdiyev: 

 

 - Bu yaşda belə uğura imza atan Nadir kimdir?

 

 - Mən - Daşdiyev Nadir Qadir oğlu, Bakı Mühəndislik Universitetinin (BMU) elektrik və elektronika ixtisası üzrə II kurs tələbəsiyəm. Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədriyəm və ölkə daxilində EV3 Robofest döyüşlərində hakim statusuna malikəm, eyni zamanda, robotexniyaya aid startuplar ilə də məşğulam.

 

Açıklama yok.

 

 - BMU-ya qəbul olunmaq öz istəyin idi?

 

 - Bəli, öz istəyim idi. Çünki universitetə daxil olmazdan öncə BMU və təhsilini araşdırmışdım, görmüşdüm ki, tələbələrə lahiyələrdə dəstək verilən bir təhsil ocağıdır. BMU keçmiş Qafqaz Universitetinin varisi olduğundan onun balansından da faydalanırıq.

 

 - Mühəndisliyə, ixtiralara marağın nə vaxt yaranıb?

 

 - Atam mühəndis olduğuna görə mən də o ruhda böyümüşəm və bu işə olan marağım çox kiçik yaşlardan başlayıb. 6 yaşımdan elektronika, 12 yaşımdan robotexnika, 17 yaşımdan isə pilotsuz uçuş aparatları ilə maraqlanır, gənclərə öz sahəsində dəstək, örnək olmağa çalışıram. 

 - BMU-da “Brend tələbə” statusu qazanmaq sənin üçün nə ifadə edir?

 

 - Təbii ki, "Brend tələbə" statusu çox qürurvericidir. Həmçinin, düşünürəm ki, məsuliyyətli bir işdir. Burada əsas məqsədimiz gənclərə öz sahəmizdə örnək olmaq, onlara milli ruhda stimul verməkdir, çünki milli ruhda böyüyən gənclik gələcəyimizin təminatıdır.

 

 - Universitet həyatında nə kimi uğurların və çətinliklərin olub?

 

 - Tələbəlik həyatı mənim üçün o qədər də çətin keçmir, çünki universiteti tam araşdırmışdım, burada robotexnika sahəsinin necə möhtəşəm potensiala malik olduğunu və gəncləri bu sahədə necə ətrafıma toplayacağımı bilirdim. Daha sonra universitetimizdə yeni bir komanda quruldu - RED komandası. Və biz RED komandası olaraq Azərbaycanda keçirilən Texnofest - Aviasiya, Kosmik və Texnologiya Festivalında “Baku Skills” kateqoriyası üzrə birinci olduq.

Digər tələbələr sonradan məzun olduqlarına görə, mən yeni REDX komandası qurdum və biz tam aftonom Aİ sistemleri ilə təchiz olunmuş PUA hazırladıq. Türkiyənin Bursa şəhərində keçirilən "Texnofest" festivalında 6 ölkədən 2700 komanda arasında 4-cü yerə layiq görüldük və "Baykar"  şirkətinin qurucusu Selçuk Bayraktar tərəfindən mükafatlandırıldıq.

İndiki komanda üzvləri də xaricə gedəcəklər. Bu səbəbdən  startup lahiyələrinin davam etməsi üçün hər ikisi “Brend tələbə” adını qazanmış çox çalışqan və istedadlı tələbə dostlarım Rəşad Əliyevlə Nurtac Mirilini komandama daxil etdim.

 

 - "Texnofest"də birinci olduğunuzu dedin. Layihəniz haqqında da bizə danışa bilərsən?

 

 - Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı icra eedildiyi zaman, yəni İkinci Qarabağ müharibəsində ordumuzun üzləşdiyi çətinliklərdən biri hərbi qüvvələrimizə tibbi ləvazimat, qida məhsullarının daşınması idi. Çünki insan tərəfindən idarə edilən maşınlar hədəf nöqtəsinə çevrilirdi və bu da can itkisinə səbəb olurdu. Buna görə də biz tam aftonom, smart xarakterli, həm kəşfiyyat, həm tibbi ləvazimat, həm də qida məhsulları daşıyan İKA (İnsansız Kara Aracı) düzətdik.

 

 - Komandanızın birinci olması sizə hansı hissləri yaşatdı?

 

 - Komandamızın birinci olması bizi çox sevindirməklə yanaşı, işimizə olan məsuliyyəti daha da artırdı. Artıq səsimizi bu işlərdə bizi örnək görmək istəyən tələbələr də eşidəcəkdir.

 

 - Prezidentlə görüşmək şansı əldə etmisiniz. Bu barədə hansı təəssüratların var?

 

 - "Texnofest"də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar ilə görüşmək, onların tövsiyələrini alaraq mükafatlandırılmaq bizim işimizə olan sevgini, məsulliyyəti daha da artırdı.

 

 - Layihənizin həyata keçrilimə prosesi necə baş tutdu?

 

- Bu qurğunun hazırlanmasında ən böyük səbəb İkinci Qarabağ müharibəsi oldu. Döyüşlər zamanı istər quruda, istərsə də havada insansız vasitələrin necə də əsas iş görən faktorlar olduğunu bütün dünya gördü. Biz də BMU ailəsinin nəzdində RED komandası olaraq insansız nəqliyyat sistemlərinin öyrənilməsinə və tətbiq edilməsinə başladıq. İlk prototipi Azərbaycan "Texnofest"ində təqdim etdik və qazandıq. Daha sonra isə bu sistemleri PUA-lar üzərində təkmilləşdirməyə qərar verdik və hazırda da bu yöndə işləri uğurla yerinə yetiririk.

Bu prototipləri təkmiləşdirməyimizin əsas səbəbi bizim qarşımıza çıxan səhvlərimiz, üzləşdiyimiz problemler idi. Həqiqətən bu yerdə tam əminliklə deyə bilərəm ki, bəzən insanın qarşısına çıxacaq problemlər onu geri aparmır, əksinə, daha da mükəmməl bir şey ərsəyə gətirməsinə zəmin yaradır.

Bundan sonra da inanırıq ki, təcrübəyə əsaslanaraq yeni-yeni layihələr ərsəyə gətirəcəyik, Vətənimiz üçün uğurlu nailiyyətlər əldə edəcəyik!

 

 - Qurğunun hazırlanması üçün nə qədər vaxt sərf etdiniz?

 

 - Birinci prototipimiz İKA (İnsansız Kara Aracı) R3D 3 aya, ikinci Simurq (PUA) 5 aya, üçüncü Atmaca (PUA) isə 1.5 aya ərsəyə gəlib.

 

 - Xaricdə təhsilinizə davam etmək kimi fikrin var?

 

 - Əlbəttə, hətta komanda yoldaşlarımla xaricdə eyni universitetdə oxumağı hədəfləmişik. Daha sonra orada texnologiyanın dərinliklərini, incəliklərini öyrənib vətənimizə qayıtmaq və burada onları tətbiq etməyi önümüzə məqsəd qoymuşuq.

 

 - Son olaraq, sizin kimi uğurlu gəncləri özünə örnək götürmək istəyən tələbələrə tövsiyələrin nələrdir?

 

 - Buradan gənclərə, dostlarıma, tələbə yoldaşlarıma, bu işə Azərbaycanımızın texnoloji həmləsi üçün könül verənlərə sözüm odur ki, bugünkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclikdir… Biz gənclər mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməliyik. Lazımi fəaliyyət göstərib öz xalqımıza, dövlətimizə xidmət etməliyik!.

 



Növbəti müsahibimiz BMU-nun Pedaqoji fakültəsinin tələbəsi Nurtac Mirilidir.
 

 

 - Nurtac, səni oxucularımıza necə təqdim edək?

 

 - Mən - Nurtac Mirili Rövşən qızı 12.18.2003 tarixində Biləsuvar rayonunda doğulmuşam. Hazırda BMU-da MİNF ixtisasında II kurs tələbəsiyəm. Uşaqlıqdan BMU-da oxumaq arzusunda olmuşam. Həmçinin, THİK pedaqoji fakültə sədri olaraq fəaliyyət göstərirəm. Boş vaxtlarımda rəsm çəkməklə yanaşı, həvəskar fotoqraflıq etməyi də sevirəm. Yaradıcılıq həmişə bir parçam olub.

 

Açıklama yok.

 

Açıklama yok.

 

 - “Brend tələbə” statusu sənin üçün nə ifadə edir?

 

 - Universitetdə bir çox sertifikatlara layiq görülmüşəm. “Brend tələbə” olaraq tanınmaq isə mənə öyrənmək üçün daha çox şans verəcək. Çətinliklər isə sadəcə uğur yolunda addımlayarkən şirin yorğunluqlardır.

 

Açıklama yok.

 

- Pedaqoji fakültə tələbəsi olaraq RED komandasına qoşulmağınız necə baş verdi?

 

- Nələrsə yaratmağa həmişə həvəsli olmuşam. Bu da mənim RED komandasına qoşulmağıma və "Texnofest"in bir parçası olmağa sövq etdi. RED komandasının birinci olmağı yalnız komanda iştirakçılarının deyil, həmçinin universitetin və əməyi keçən hər kəsin birinci olması demək idi. "Texnofest 2024" üçün yaratdığımız RED komandası ilə yarışmağa çox həvəsliyik. Təhsilimizi tələbə yoldaşlarımızla birlikdə Türkiyədə davam etdirmək istəyirik.

 

 - Uğur qazanmaq istəyən digər tələbə yoldaşların universitet həyatında nələr etməldir?

 

 - Gənclərə demək istərdim ki, hər zaman sosial olmağa, universitetin sizlərə yaratdığı imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışın və həmişə özünüzə inanın! 

 

 Açıklama yok.

Rəşad isə bu komandanın üçüncü “Brend tələbə”sidir.

 

 - Rəşad, özünü oxucularımıza təqdim edərdin…

 

 - Mən - Əliyev Rəşad Rasim oğlu 04.06.2004 cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşam. 2010-cu ildə Saray qəsəbəsindəki H.Axundov adına 3 saylı tam orta məktəbə daxil olmuşam. 2021-ci ildə orta məktəbi bitirib BMU-ya qəbul olunmuşam və hazırda mühəndislik fakültəsinin II kurs tələbəsiyəm.

 

 - BMU-da mühəndislik təhsli almaq sənin üçün nə ifadə edir?

 

 - Uşaqlıqdan mühəndis olmağı xəyal edirdim və buna nail oldum. Mən Bakı Mühəndislik Universitetinə öz istəyimlə daxil olmuşam. Çünki buranın müəllim heyəti işində çox professional və tələbələrlə də səmimidir. Əsasən elektronika yönümlü işlərlə məşğul oluram. Bir çox startup lahiyələrdə iştirak etmişəm.

 

 - Hansı layihələr üzərində işləyirsən?

 

 - 2023-cü ildə "Texnofest"ə qatılmışam. İHA (İnsansız Hava Aracı) hazırlamaq qərarına gəldim və Nadir Daşdiyevin "Texnofest 2024" üçün yaratdığı yeni RED komandasına qatıldım. Hazırda meşə yanğınlarına qarşı İHA hazırlayırıq. Layihəmiz tam avtonom rejimdə idarə olunacaq, hazırlıqlar davam edir. Gələcəkdə isə təhsilmizi xaricdə davam etdirməyi, ölkəmiz üçün çalışmağı düşünürük.

 

 - Yaşıdlarına uğur əldə etmək yolunda nə məsləhət görərdin?

 

 - Gənclərə tövsiyəm odur ki, tək univesitetin təhsili ilə kifayətlənməsinlər, öz üzərlərində çox çalışsınlar.