Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 11:45:19
“Jurnalistika” və “İslamşünaslıq” ixtisasları üzrə vəsait çap edilib

Vəsaitdə ixtisasların xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, abituriyentlərin yazacaqları inşaya (esseyə) qoyulan tələblər, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, bir sözlə, bu ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür. 

 

Aşağıdakı istiqamətlər üzrə vəsaitlərin elektron versiyaları (PDF formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində yerləşdirilib.

 

1. Təsviri sənət və Memarlıq

2. Musiqi sənəti

3. Teatr, kino və xoreoqrafiya sənətləri

4. Bədən tərbiyəsi və idman 

5. Jurnalistika * İslamşünaslıq

 

Vəsaitləri "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal