Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 16:39:00
“İçərişəhər”də qeyri-adi uşaq şənliyi - FOTOLAR   

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar əyləncəli şou-proqram təşkil edilib. 

 

AzEdu.az xəbər verir ki, tədbir ərzində stansiyada məşhur uşaq mahnılarından ibarət musiqi çələnginin sədaları sərnişinlərə xoş ovqat bəxş edib.

 

İki hissədən ibarət proqramın əvvəlində Əməkdar artist, şoumen və naşir Bəhram Bağırzadə növbəti kitablarını şəxsən imzalayaraq, azyaşlı oxucularına hədiyyə edib. Onun şən zarafatları ilə keçən mərasimdə uşaqlar və böyüklər unudulmaz anlar yaşayıb, xatirə şəkilləri çəkdiriblər.

 

Tədbirin ikinci hissəsində müxtəlif uşaq tamaşalarının personajları, xüsusi velotəkərlərdə hərəkət edən jonqlyorun oyunları balacaların diqqətini çəkib.

 

Əsas proqramda uşaqların çox sevdiyi illüziya şousu nümayiş olunub. Bu proqramın da qəhrəmanları və iştirakçıları elə kiçik tamaşaçıların özləri olublar. Onların iştirakı ilə göstərilən sehrbazlıq nümunələri şən səhnəciklər kimi uşaqların xatirəsində qalıb.

 

Sirk ustalarının zarafatcıl oyunları ilə rəngarəng şarlardan düzəldilən fiqurlar və balaca sərnişinlərə hədiyyə edilən şarlar iki saat davam edən şounu daha da zənginləşdirib.

 

Biz də fürsətdən istifadə edib bir neçə valideynlə söhbətləşərək təəssüratlarını öyrəndik.

 

Açıklama yok.

 

Vəfa Ələkbərzadə adlı valideyn bildirdi ki, şou-proqrama təsadüfən gəlib:

 

"Övladım Bakı şəhəri 132-134 nömrəli tam orta məktəbdə təhsil alır və dərs çıxışında təsadüfən uşaqların buraya axın etdiyini gördük. Bizim də marağımızı çəkdi və gəldik. Övladım da digər uşaqlar kimi əyləndi, Bəhram bəyin də burada olması marağı artırır. Gözəl təşəbbüsdür, əməyi keçən hər kəsə təşəkkür edirəm".

 

Açıklama yok.

 

Anar Gəncimov adlı digər valideyn də təşəbbüsü bəyəndiyini bildirdi:

 

"Oğlumla metrodan çıxanda insanların toplaşdığını gördük. Bizim də diqqətimizi çəkdi. Fürsətdən istifadə edib mən də bütün uşaqları bu gün münasibətilə təbrik edirəm".

 

Anar Gəncimovun oğlu Məzahir də keçirilən şənlikdə əyləndiyini söylədi.

 

Açıklama yok.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təşəbbüs haqqında məlumat verdi:

 

"Ümumiyyətlə, Bakı Metropoliteninin bütün sosial layihələrinin tərkib hissəsində uşaqlar xüsusi yer alır. Əlbəttə, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də metropoliten ənənələrə sadiq qalaraq məhz uşaqlar üçün xüsusi proqramlar təqdim edir. Əməkdar artist Bəhram Bağırzadə son illərdə uşaqlar üçün yazdığı kitabları öz imzası ilə onlara təqdim etdi. Bu, uşaqlarımız üçün bir ömür xatirə olmaqla yanaşı, onların maariflənməsində də rol oynayır. Təbii ki, uşaqların bu günü onların əylənməsi və sevinməsi üçün. Bu səbəbdən burada İlluziya assosiyasiyasının sehrbazları və böyük oyuncaqlar da şoumuzda iştirak edirlər. Xüsusi olaraq, bu gün sərnişinlərə çəkiliş aparmağa icazə verilib. Əminəm ki, uşaqlarımız buradan şən ovqatla ayrılaraq xatirələri öz yaddaşlarında yaşadacaqlar".


Foto: Hilal Sultanov