Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 14:21:00
Deputat müəllimlərin əxlaqından danışdı: “Testlə savadını yoxladın, bəs tərbiyəsi…”

“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur. Müəllim bilmir ki, nəyə istinad etsin, necə hazırlaşsın. Neçə ildir proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərin sertifikasiya ilə bağlı ciddi narahatlıqları var:


“Deyirlər, 56-57 mərkəzimiz var, onlar gedib orada hazırlaşa bilər. Azərbaycanda müəllimlərin sayını baxın, görək, bu qədər mərkəz yetərlidirmi?”.


Siyavuş Novruzov deyib müəllim savadlı kadr olmaqla yanaşı, həm də pedaqoqdur:


“Müəllim həm də pedaqoqdur və uşaqların tərbiyəsi ilə məşğul olur. Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən? Müəllimlərin sertifikasiya ilə bağlı il tələbi məsələsi var. Bu məsələ diqqət mərkəzində olmalıdır”.