Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 12:56:45
Müəllimlərlə bağlı problem 5 ilə həll olunacaq - Komitə sədri

“Təhsil haqqında” qanuna “ixtisas təcrübəsi” anlayaşı gətirilməlidir”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Komitə sədrinin sözlərinə görə, müəllim işləmək sayı çox olsa da, vakant yerlərin sayı azdır:

 

“Hər il eyni vəziyyət müşahidə olunur. Adətən şəhərdə yerləşən məktəblərdə vakant yerlərin sayı həmişə az olur. Regionlarda isə vəziyyət əksinədir. Müəllimlərlə mövcud olan vakansiyalar arasında o qədər fərq olmasa da, şəhərdə işləmək arzusu çoxdur. İnanırıq ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanların vasitəsilə yaxın 5 ildə bu nisbət aradan qaldırılacaq”.