Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 09:59:52
Müəllim hansı yaşda pensiyaya çıxmalıdır? - Ekspertdən deputata ETİRAZ

Milli Məclisin deputatı Musa Quliyev deyib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddinin 65 yaş müəyyən edilməsi düzgün qərar deyil.

Deputat bildirib ki, son zamanlar bir sıra digər sahələr kimi təhsildə də yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb:

“Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.

Musa Quliyev: "Diplomatlar üçün yeni müavinətlər sosial sığorta haqlarından  azad olunacaq" - FED.az

AzEdu.az-ın məlumatına görə, deputatın təklifi təhsil ictimaiyyətində birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə isə məsələyə dair müzakirələr açılıb.

Müzakirəyə qoşulanların bir çoxu təklif edib ki, müəllimlər 25 il işlədikdən sonra pensiyaya çıxarıla bilər:

“Ancaq bu halda müəllim özünü dolandıra biləcək qədər təqaüd ala bilməlidir. İndiki şagirdlərlə cavan kadrlar işləsə, daha yaxşı olar. Yaşlı nəsil müasir gənclərlə ayaqlaşa bilmir. Cavan kadrların arasında təcrübə olmasa da, savadlıları yetərincədir. Onlara yol açmaq lazımdır”, - deyə müzakirə iştirakçılarından biri vurğulayıb.

Bəzi yaşlı təhsilverənlər bildiriblər ki, polislər və digər sistem işçiləri kimi müəllimlər də 25 il çalışandan sonra yaxşı məbləğlə təqaüdə buraxılmalıdır.

“Real danışaq, əsəb, stress, yaddaş, hövsələ sözünü deyir. Nə vacibdir ki, meyitimiz məktəbdən çıxsın. Bəs təqaüdün dadını nə vaxt çıxaraq? Biz nəvələrə baxaq, məktəblərdə yer boşalsın, cavanlar da işlə təmin olunsun”.

No description available.

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov deputatla razılaşmayıb. O, ölkədə müəllim çatışmazlığının olmadığını vurğulayıb.


“Əksinə, müəllimlər üçün çalışma yaş hıddini ən yaxşı halda 60-a endirmək doğru olardı.
Hər il vakansiyaya çıxarılan 10 000-ə qədər vakant yerə 60 000-ə qədər namizəd sənəd verir. Ölkədə müəllim-şagird nisbəti hazırda 1/10.5-dir.
Olkədə 4500-ə (dövlət və özəl birlikdə) qədər ümumi təhsil müəssəsində 89 600 sinif komplektində 1 600 000-dən çox şagirdlə 152 000-ə qədər müəllim çalışır”.

E.Qafarov müəllim-şagird sıxlığınin xarici ölkələrdəki nisbətindən misallar gətirib:

“Braziliya - 32,1; Çin - 27,6; Cənubi Koreya – 18,2; İndoneziya – 17,4; Finlandiya – 16,5; Hollandiya – 16,4; ABŞ – 15,3; İrlandiya – 14,8; İsveç – 14,4; Sloveniya – 14,1; Almaniya – 13,7; Yeni Zellandiya – 13,5; Böyük Britaniya– 13,4; Yaponiya – 13,1; Danimarka – 12,7; Avstraliya– 12,6; Çexiya – 12,4; Macarıstan– 12; İsrail – 11,7; İsveçrə – 11,6; İslandiya – 10,9; İtaliya – 10,8; Fransa – 10,4; Avstriya – 10,2; İspaniya – 10,1; Belçika – 9,9; Yunanıstan– 9,7; Norveç – 9,2; Portuqaliya – 7,6.

Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”.


Yaşı 65-i ötən müəllim əmək müqaviləsini bu yolla artıra bilər- Qaydalar və  şərtlər - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI
Təhsil eksperinin fikrincə, məktəbəqədər və ümumi təhsil pilləsində çalışanların yaş həddi 55-60 yaşa endirilməli və ya 25 il stajdan sonra pensiyaya çıxmaları təmil edilməlidir:

“Pensiyaya çıxdığı və ya çalışma yaş həddinə (55-60 yaş) çatdığı zaman işlədiyi dövrlərdə sosial hesabı üçün tutulmuş məbləğ birdəfəlik olaraq ona ödənməli və minimum əmək haqqının ən azı iki misli qədər pensiya təyin edilməlidir. Müəllimə evi dövlət verməli, onun tibb və digər müalicə xərcləri dövlət tərəfindən ödənilməlidir. Dövlət və cəmiyyət olaraq müəllimə sahib çıxmağı bacarmalıyıq”.


A.Qorxmaz