Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-29 15:43:00
İlk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilib

Ölkədə ilk dəfə “Azərbaycandan dünyaya” Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, konfransın məqsədi iştirakçılara riyaziyyat təhsili sahəsində lider olmaq və intizamın inkişafı üçün ilham vermək, öyrətmək və gücləndirməkdir.

 

Həmçinin bu konfransla riyaziyyat olimpiadalarında uğur qazanmaq istəyən şagirdləri, onların valideyn və müəllimlərini doğru şəkildə istiqamətləndirərək beynəlxalq arenada uğur qazanmalarına kömək etmək olub.

 

Konfransın təşkilatçısı, "Global Olympiad Center"in direktoru Xəyal İbrahimzadə çıxış edərək olimpiadaçı şagirdlərin yetişməsinin vacibliyindən danışıb.

 

Daha sonra Elm və Təhsil Nazirliyinin ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev “Ölkəmizdə riyaziyyat fənn olimpiadalarının bu günü və sabahına perspektiv baxış”, Türkiyənin Akdeniz Universitetinin professorları İlham Əliyev və Mustafa Özdəmir “Riyaziyyat olimpiadası, Olimpiya təhsili", "Riyaziyyat Olimpiadası, dünəni və bu günü” mövzusunda çıxışlar ediblər.

 

Konfrans çıxışlarla davam edib, qonaqlar müəllimlərin, tələbələrin, şagirdlərin suallarını cavablandırıblar.

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.