Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-29 11:53:41
Regionlar üzrə ən çox bal toplayanlar - Qarabağ bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?
 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir sıra regionların ən yüksək bal toplayan şagirdlərini sizə tanıtmışıq.


Bu yazıda isə Qarabağ Regional Təhsil İdarəsinin əhatə etdiyi Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq. 

 

Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird Füzuli rayonu təmsil edən Aysel Nəcəflidir.


No description available.
Füzuli rayonu 26 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aysel Nəcəfli – 292.80 bal toplamaqla region birincisi olub. 

***

Qarabağ Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 9-cu sinif şagirdlərini də təqdim edirik:


No description available.
Xocavənd rayonu Xocavənd kənd 1 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Aytən Bağırova – 288.50 bal.

***

No description available.
Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nərmin Talıbova - 288.20 bal.

***

No description available.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əşrəf Məmmədov – 285.50 bal.

***

No description available.
Xocalı şəhər 4 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Röyal Şirinov – 282 bal.

***

No description available.
Bərdə şəhər 5 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Elminaz Rzayeva – 281 bal.

***

No description available.
Ağdam rayonu 33 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fidan Kazımlı – 278 bal.

***

No description available.
Tərtər rayonu 1 nömrəli tam orta məkktəbin 9-cu sinif şagirdi Aişə Bayramlı – 270.10 bal.


A.Qorxmaz