Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-29 11:18:00
21 yaşlı gənc suda batdı  

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir.

 

Bu barədə AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

 

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək