Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-29 12:12:00
Telefonunu çıxarmaq üçün su anbarını qurutdu

Hindistanlı Rajesh Vişvas vəzifəsindən sui-istifadə etdiyi üçün işindən uzaqlaşdırılıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Samsung smartfonunu çıxarmaq üçün bəndi qurutmağı əmr edib. 

Məlumata görə, hadisə Hindistanın Çhattisarh əyalətindəki Herkutta bəndində baş verib. Dövlət qulluqçusu Rajesh Viş selfi çəkdirərkən telefonunu suya salıb. Dalğıclar smartfon tapa bilmədikdən sonra Vişva dizel nasosunun gətirilməsini əmr edib. Nasos üç gün işləyib və təxminən 2 milyon litr suyu bənddən çəkib.

Vişvas vəzifəsindən sui-istifadə etməkdə günahlandırılaraq işindən uzaqlaşdırılıb. O, ittihamla razılaşmayıb və iddia edib ki, telefonda dövlətin həssas məlumatları olduğu üçün onu sudan çıxarmağa məcbur olub.