Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 18:00:00
GDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

 

Bu gün AzEdu.az və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə GDU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının "İlin gənc müəllimi" layihəsinin qalibi olan Gəncə nümayəndələrimiz Leyla Camalzadə və Səltənət Qurbanova, universitetin elm və innovasiyalar üzrə prorektor dosent, millət vəkili Pərvin Kərimzadə və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.

 

Tədbir Pərvin Kərimzadənin açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Leyla Camalzadə və Səltənət Qurbanova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 

 

Gəncə Dövlət Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

 

Verdiyeva Aybəniz Sahib qızı- Xarici dillər fakültəsi

 

 

Ələkbərova Lalə Vüsal qızı- Kimya-biologiya müəllimliyi, IV kurs

 

 

Cavadov Cavid Eldəniz oğlu- Məşqçilik ixtisası, II  kurs

 

 

Əlili Nuğay Qeray oğlu- Riyaziyyat-İnformatika fakültəsi, IV kurs

 

 

Rzayeva Günay Zöhrab qızı- Filologiya fakültəsi, III kurs 

 

 

İsgəndərova Fəridə Hüseyn qızı- İqtisadiyyat-İdarəetmə fakültəsi, IV  kurs 

 

 

Haqverdiyev Murad Elşən oğlu- Məşqçilik ixtisası, II kurs

 

 

Rzazadə Qənirə Qabil qızı- Riyaziyyat müəllimliyi,  I kurs

 

 

Ağakişiyeva Aytac Mətləb qızı- Rus dili ixtisası,  III kurs 

 

 

Dadaşov Fuad Davud oğlu- Tarix fakültəsi,  IV kurs

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.

 

 

Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.