Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 17:04:00
ATU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

Bu gün AzEdu.azAzərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ATU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova, ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva və həmin statusa layiq görülmüş tələbələr iştirak edib.

 

Tədbir Sabir Əliyevin açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Tünzalə Abbasova tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.

 

Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.



Azərbaycan Tibb Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 


Abızadə Rəşad Səfdər - IV kurs Müalicə-profilaktika fakültəsi

 

Abdullayev Vaqif Ceyhun oğlu - III kurs İctimai səhiyyə fakültəsi

 

Cumayeva Rəna Asif - III kurs İctimai səhiyyə fakültəsi

 

Hüseynova Solmaz Əsgər - III kurs İctimai səhiyyə fakültəsi

 

Seyfullayeva Fidan Yusif qızı - IV kurs Müalicə-profilaktika fakültəsi

 

Səfərəliyeva Mehriban Calal qızı - IV kurs Müalicə-profilaktika fakültəsi

 

Miriyev Eyyub Həsən oğlu - VI kurs Müalicə-profilaktika fakültəsi

 

Xəlil Yusuf Vüqar oğlu - V kurs Müalicə-profilaktika fakültəsi

 

Məmmədov Məhəmməd Rəsul oğlu - IV kurs Müalicə-profilaktika fakültəsi

Əzimli Rüfət Elman oğlu - III kurs Müalicə-profilaktika fakültəsi

 

Şahverdi Mirzəyev – Stomatologiya faküləsi

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.