Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 14:50:00
Nazir təhsilin əsas problemi haqqında danışıb

 

Ukraynanın təhsil və elm naziri Oksen Lisovoy təhsildəki əsas problem göstərib . O, uşaqların zəruri səviyyədə biliklərə çıxış əldə etməsi üçün sistemdə nəyin köklü şəkildə dəyişdirilməsinin lazım olduğunu bildirib.

Lisovoy bu barədə 2023-2025-ci illər üçün korrupsiyaya qarşı dövlət proqramının təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.

Nazirin sözlərinə görə, Ukrayna təhsilində əsas problem təhsil mərhələsində korrupsiyaya qarşı dözümlülüyün əmələ gəlməsidir.

Bu Ukrayna xalqının şüurunda dərin kök salan bir məsələdir . Onu yalnız  təhsilin köməyi ilə, bütün təhsil prosesi boyu aradan qaldırmağa çalışmaq lazımdır-  deyə izah etdi.

O qeyd edib ki, ali təhsil müəssisələrində abituriyent və tələbələr korrupsiya sistemi ilə üzləşirlər.

"Bu gün vətəndaşlarımız  ali təhsil müəssisəsinə bilik üçün deyil diplom üçün gəlirlər. Motivasiya ali təhsil almaq yox, universitet diplomu almaqdır. Heç kim biliyə üz tutmur. Problemin kökü elə buradadır.”, - Lisovoy vurğulayıb .