Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 12:16:24
Baş redaktor dələduzluğa görə həbs edildi

"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs olunub.


AzEdu.az xəbər verir ki, Trend-in məlumatına görə, o dələduzluqda ittiham edilərək şikayət əsasında saxlanılıb.

T.Abdullayev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və Nərimanov məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.
 

Məlumata görə, təqsirləndirilən şəxs 4 nəfərə xaricdə təhsil almaq adı ilə dələduzluq edib.