Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 10:43:37
Məktəblərdə sağlamlığa dair maarifləndirmə işləri aparılıb

Ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri həyata keçirilib. 


  
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, maarifləndirmə tədbirləri ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.3-cü bəndinin, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş  “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, eləcə də Ümidli Gələcək Gənclər İctimai Birliyinin birgə səyləri nəticəsində təşkil olunub.  


 
Maarifləndirmə işləri yenidən təkmilləşdirilmiş “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında aparılıb. 


   
Görülən işlər çərçivəsində ölkə üzrə 3 274 ümumi təhsil müəssisəsində 108 004 nəfər 8-ci, 102 463 nəfər 9-cu sinif şagirdinə metodiki vəsaitə əsasən sinif saatlarında məşğələlər keçirilib. Məşğələlər sinif rəhbərləri, müvafiq fənn müəllimləri və mütəxəssislər tərəfindən aparılıb. Eyni zamanda, mövzuya həsr edilmiş 1 376 valideyn iclası təşkil olunub.