Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 09:56:00
“Rektorun qəbul otağı” - Havar Məmmədov tələbələrə əlçatandırmı...

AzEdu.az “Rektorun qəbul otağı” rubrikasında tələbə və rektor münasibətlərini öyrənmək üçün universitetlərə müraciət edir.

 

Burada əsas məqsəd ali təhsil müəssisələrində rektorların tələbələr üçün əlçatan olub-olmadığını ictimayətə təqdim etməkdir. 

 

AzEdu.az saytının bu dəfəki yazısı Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədovun qəbul günləri ilə bağlıdır.

 

Professor Havar Məmmədov 2017-ci il martın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə yeni yaradılmış Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilib.

 

BMU-da təşkil olunanan  “Açıq qapı” günləri barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

 

Bildirib ki, rəsmi olaraq, rektorun qəbul günü hər həftənin çərşənbə günü saat 15:00-dan 18:00-dək nəzərdə tutulur.

 

“Ümumikdə isə tələbələrin istənilən zaman rektora müraciət edərək onunla görüşməsi üçün hər hansı maneə, xüsusi gün yoxdur. Rektorla görüş üçün qəbula yazılmaq istəyənlər +994 (12) 349 99 90/91 əlaqə vasitəsi ilə qeyiyyatdan keçə bilirlər. Universitetin rəsmi (https://beu.edu.az/) saytında bütün əlaqə vasitələri qeyd olunur. Rektora elektron müraciət üçün xüsusi bölmə mövcuddur. Eyni zamanda, rektorun elektron ünvanı (E-poçt: [email protected]) qeyd edilib. Telefon və faks nömrələri ( telefon: +994 (12) 349 99 66/67 / Faks: +994 (12) 349 99) 90/91) yerləşdiirlib. Həmçinin universitetin rəsmi “Facebook” səhifəsi  (http://www.facebook.com/beu.edu.az/) üzərindən də ünvanlanan bütü suallar müvafiq qaydada cavablandırılır”.

 

Şöbə müdiri, təşkil olunan qəbul günlərində valideynlərin də iştrak etdiyini deyib:

 

“Qəbul günlərində tələbələrlə yanaşı, valideynlər üçün də belə bir imkan yaradılıb. Qeyd etmək yerinə düşər ki, universitetdə mütəmadi olaraq valideynlərlə görüşlər təşkil edilir. Xüsusən birinci kurslar üçün ənənəvi olaraq, hər il gerçəkləşdirilən görüş valideynlərin təhsil müəssisəsi ilə yaxından tanışlığı, tələbələrin hərtərəfli inkişafında müəllim-valideyn vəhdətinin gücləndirilməsi məqsədi daşıyır. Həm tələbə, həm də müəllim heyəti üçün böyük əhəmiyyət daşıyan bu görüşlər səmərəli müəllim-valideyn münasibətlərinin davamlı olmasını təmin etməklə yanaşı, tələbələrin inkişafının uğurlu təməllər üzərində qurulmasına xidmət edir. Keçirilən görüşlərdə valideynlərin ali təhsil müəssisəsi ilə yaxından tanışlığı, onlarda maraq yaradan sualların məhz BMU müəllimləri tərəfindən cavablandırılması üçün hərtətəfli şərait yaradılır”.

 

E.Babayev universitet əməkdaşlarının istənilən vaxt rektora müraciət edə bildiklərini vurğulayıb:

 

“Rəsmi prosedur qaydalarına əsasən, əməkdaşlar da qeyd etdiyimiz kimi, qəbul üçün nəzərdə tutulan saatda müraciət etməlidirlər. Amma universitetdə yaradılan səmimi mühit, tolerantlıq, akademik planda, tələbə-müəllimlər arasında qurulmuş dostluq münasibətləri bu qaydaları bir növ arxa plana salır. Bu baxımdan, əməkdaşlar da rəsmi nəzərdə tutulan prosedura baxmayaraq, istənilən zaman rektora müraciət edərək, müvafiq mövzunu müzakirə edə bilirlər. Qeyd etdiyimiz kimi, bunun üçün müvafiq əlaqə vasitələrindən istifadə olunur”. 

 

 Elman Babayev qəbul günlərində müzakirə olunan mövzulardan da söz açıb:

“Tələbələrin müraciətləri daha çox daxili və beynəlxalq tədbirlərdə iştirakla, ayrı-ayrı təşəbbüslərə dəstəklə bağlı olur. Ümumiyyətlə, BMU-da tələbələrin innovativ layihə və təşəbbüsləri, bu istiqamətdəki fəaliyyətləri hər zaman universitet rəhbərliyi tərəfindən dəstəklənir”.

 

Müsahibimiz qeyd edib ki, universitetdə mütəmadi olaraq müxtəlif səpkidə tədbilər təşkil edilir və rektor, eyni zamanda digər rəsmi şəxslər bu tədbirlərə qatılırlar:


“Bu tədbirlər zamanı tələbələr rektora və digər rəsmi şəxslərə yaxınlaşaraq, fikirlərini bildirə bilirlər. Qarşıdan cari tədris ilinin yaz semestrinin yay imtahan sessiyası gəlir. Rektor hər imtahan sessiyasında bir neçə dəfə tələbələrin bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsi üçün yaradılan şəraitlə şəxsən tanış olur, tələbələrlə səmimi söhbət apararaq, onların fikirlərini tək-tək dinləyir, qayğıları ilə maraqlanır. Məhz bu yanaşma ilə tələbə-müəllim münasibətlərinin doğmalaşması BMU-nu fərqləndirən başlıca cəhətdir”.