Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 09:35:00
Elmi dərəcədən imtina etmək mümkün olacaq

Ukraynada elmi dərəcədən imtina etmək üçün hüquqi mexanizm yaradılıb.

AzEdu.az saytı Ukrayna Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bununla əlaqədar zəruri dəyişikliklər Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Hökumətin qərarına əsasən, elmi dərəcəsi olan şəxs Elm və Təhsil Nazirliyinə müvafiq formada ərizə verməklə, malik olduğu elmi dərəcədən könüllü olaraq imtina edə bilər.

Elmi şuranın qərarının ləğvi və diplomun etibarsız sayılması prosesi ərizənin daxil olduğu gündən başlayaraq 10 iş günü müddətində Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilməlidir.

Bundan sonra elmi dərəcənin könüllü ləğv edilməsi haqqında əmr Təhsil və Elm Nazirliyinin rəsmi internet saytında dərc edilməlidir.