Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 12:09:00
Rusiyada alimlər vətənə xəyanətdə ittiham olunurlar

Vətənə xəyanət maddəsi ilə həbs edilən Rusiya Elmlər Akademiyası Nəzəri və Tətbiqi mexanika İnstitutunun direktoru Aleksandr Şiplyuku məxfi məlumatları Çinə ötürməkdə günahkar bilirlər.

AzEdu.az saytı xəbər verir ki, bu bardəd məlumatı Reuters agentliyi yayıb.

İddialara görə, Şiplyuk gizli məlumatları 2017-ci ildə keçirilən konfrans zamanı ötürə bilərdi. Bununla belə alimin özü məlumatların məxfi olmadığına təkid edir.

“O, məlumatların məxfi olmadığına və özünün günahsız olduğuna əmindir”-deyə agentliyə bildiriblər.

Eyni institutun baş elmi işçi Anatoli Maslov da vətənə xəyanətdə ittiham olunur.