Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 08:50:00
Regionlar üzrə ən çox bal toplayanlar - Şəki-Zaqatala bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?
 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir sıra region üzrə məlumatı sizə çatdırmışıq.


Bu yazıda isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə etdiyi Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq.  

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird 298 bal toplayıb.

 

No description available.

Bu, Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli tam orta məktəb-liseyin IX sinif şagirdi Gülər Ənsərlidir.


*** 

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 3 IX sinif şagirdini  də təqdim edirik:

 

No description available.

Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəbin IX sinif şagirdi Gülay Mütəllibova - 294 bal.


***

No description available.

Qəbələ şəhər V.Qəhrəmanov adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nəzrin İsgəndərli - 289 bal.

***

No description available.

Zaqatala rayonu Danaçı kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Mahaç Quziyev - 287 bal.


*** 

No description available.

Şəki şəhər 10 nömrəli məktəbin IX sinif şagirdi Məryəm Məmmədova  - 286 bal. 


*** 

No description available.

Balakən rayon Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sərvim Ocaqverdiyeva - 274 bal.