Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 20:03:00
Şagirdlərin daxili motivasiyasını necə təmin edə bilərik?

Uşaqlar bəzi şeylərin öhdəsindən gəlib özlərini yaxşı hiss etdikdə daha çətin vəzifələri tamamlamağa çalışaraq bu hissi təkrarlamaq istəyirlər. Bacarıq hissi asıllılıq yarada bilər. Bu müvəffəqiyyətlər xüsusi olduqda daha mənalıdır və bacarıq hissi də mənalı mükafatdır.

Bu hiss kiçik oyuncaqlardan, ya da az sayda şagirdə verilən və digər şagirdlərin bütün səylərinə baxmayaraq “müvəffəqiyyətsiz” hiss etmələrinə səbəb olan “ayın şagirdi” kimi adlardan daha yaxşıdır.

Yetişkin olaraq, mükafat və vəzifədə yüksəlmə kimi xaricdən gələn şeylərin nə qədər təsirli olduğu ilə bağlı şübhəmiz yoxdur. Ancaq bütün bunlar fərdlərin bacarıqlarını təyin etmək üçün istifadə etdikləri yeganə ünsürlərdirsə, bu fərdlər daha çox məyus olurlar. Çünki etibarı gücləndirən bu cür ünsürlər az və seyrəkdir və araşdırmalardan bildiyimiz qədərilə performans səviyyəsinin düşməsinə yol açama ehtimalı yüksəkdir.

Bu vəziyyət arzu edilən etibara (ən yüksək qiyməti almaq) çatmaq ya da məktəb ili boyunca sadəcə 10 tələbənin layiq görüldüyü “ayın şagirdi” seçilmək üçün şagirdlərin şəxsi səylərinin və bacarıqlarının nəzərə alınmadığı, gözardı edildiyi qiymət sistemi ilə paralellik göstərir. Hər iki vəziyyətdə bu sağlam olmayan rəqabətə, hiylə etməyə, qısqanclığa və daha çox imtina etməyə səbəb olur.

 

İnkişafı səlahiyyət forması kimi görmək

 

Səlahiyyət mütləq olan bir termin deyil. İnkişaf etdikcə daha səlahiyyətli hala gəlirik. Yüksək vəzifəyə gələ bilmək üçün müxtəlif mərhələlərdən keçmək lazım olur. Etməli olduğumuz şey bizi daha irəliyə aparacaq hərəkətlərimizə zəmin yaratmaqdır.

Şagirdlər daha çox şeyi necə edəcəklərini anlamağa, başqalarına yardım etməyə və yeni biliklər öyrənib mütəxəssisləşərək müvəffəqiyyətli hiss etməyə daxili olaraq dəyər verirlər. Xarici mükafat sistemləri isə bu hissi məhv edir.

Qürur duyduğu hər hansı işini müəlliminə təqdim etdikdən sonra məyusedici qiymətin şagirdin üzərində yaratdığı təsiri düşünün. Şagirdlərdəki uğur duyğusunu xüsusi yollarla təmin etməliyik və performanslarını necə inkişaf etdirəcəkləri ilə bağlı onlara konkret fikirlər verməliyik.

 

Daxili motivasya və başqaları üçün nəsə etmək

 

Martin Luther Kingin “Hamı mükəmməl ola bilər, çünki hər kəs xidmət edə bilər” sözü başqaları üçün nələrsə etməyin gücünü və təsirini bizə göstərir. Ancaq bu fikir bir çox məktəb tərəfindən istifadə olunmur. Şagirdlər başqalarına kömək etdikdə çox qüvvətli şəxsi məmnuniyyət yaşayırlar. Məsələn, oxumaqdan sıxılan şagirdlər, özlərindən kiçik şagirdlərə kömək etdikdə oxumaqla bağlı özlərinə olan inamları artır.

 

Şagirdlərin maraq dairələrinə və güclü tərəflərinə istiqamətlənmək

 

Bacarıq maraqlanmaqla inkişaf edir. Müəllimlərin bu duyğunu bəsləməsi vacibdir. Ancaq bildiyimiz kimi təhsil tək fəaliyyət deyil, komanda işidir. Öyrədənlər birlikdə çalışmalı və bir şagird müəyyən mövzuya maraq göstərdikdə və ya uğur qazandıqda bu mövzu üzərində düşünülməlidir. Məsələn, əgər məktəb şagirdi rəsm dərsini çox sevirsə və bu dərsi həftədə bir ya da iki saat alırsa, sual bu olmalıdır: “Bu iki dərs saatı içində uşağın bacarıq hissi necə təmin edilə bilər?”

Hər hansı bir mövzuda bacarıq axtarışında olmaq, asıllıq yarada bilər və bu şagirdlərin inkişafı üçün vacib ünsürdür. Gəlin, bütün şagirdlərin məktəbdə hər gün özlərini bacarıqlı və uğurlu hiss edəcəkləri təcrübələr yaşamasını təmin edək.