Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 13:37:11
Özünü dənizə atan qadının uşağı atasına verildi 

Ötən gün bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.

 

Bu barədə AzEdu.az-a Komitədən məlumat verilib.

 

Bildirilib ki, səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib. Qadının üç uşağı olduğu müəyyən edilib. Hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir. Azyaşlı uşaq atasının himayəsinə verilib.

 

Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.