Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 12:57:01
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?
 

AzEdu.az təhsil portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Növbəti yazıda Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq.  


Qeyd edək bu regional idarəyə Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonları daxildir. 


İdarədən bildirilib ki, 2022/2023-cü tədris ilinin ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə keçirilən buraxılış imtahanlarında bu region üzrə ən yüksək nəticə göstərmiş şagird Mingəçevir şəhərini təmsil edir.

No description available.

Belə ki, Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Quluzadə Zeynəb Rəşad qızı 288 bal toplayaraq region üzrə 1-ci olub.

***

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 9-cu sinif şagirdini də təqdim edirik:

 

No description available.

Ucar şəhəri 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əliyeva Nazilə Məhəmməd qızı - 283 bal.

***

No description available.

Göyçay şəhəri M.Füzuli adına 6 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əsgərli Leyla Vüqar qızı – 281 bal.

***

No description available.

Ağdaş şəhəri Nizami adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Baxış Əli Anar oğlu - 281 bal.

***

No description available.

Kürdəmir şəhəri T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəfərova Fədayə Mübariz qızı - 277 bal.

***

No description available.

Yevlax şəhəri Ş.Qurbanov adına 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Məcnunova Zinyət Həsən qızı - 276 bal.

***

No description available.

Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Qədirli Mədinə Məhəmməd qızı - 256 bal.