Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 09:07:00
Regionlar üzrə ən çox bal toplayanlar – Gəncə-Daşkəsən bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?
 

AzEdu.az təhsil portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Növbəti yazıda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rayonları üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq.  


Qeyd edək bu regional idarəyə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları daxildir. 

 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bu regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş 9-cu sinif şagirdi Gəncə şəhərini təmsil edir. 

 No description available.

Həmin şagird Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cəmşid Rüstəmovdur. O, 298 bal toplayaraq region üzrə 1-ci olub.


***

Gəncə-Daşkəsən  Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 9-cu sinif şagirdini də təqdim edirik:

 

No description available.

Göygöl şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Veyisov Məhəmməd Emin oğlu - 277 bal.

***

No description available.

Daşkəsən rayon Astaf kənd tam orta məktəbinin IX sinif şagirdi Ocaqverdiyeva Aysu Vüsal qızı, 268 bal.

***
 

 No description available.

 Goranboy rayon Yeni yol məktəbinin IX sinif şagirdi Təhməzov Ələsgər - 266 bal.

***

No description available.

Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin Azərbaycan bölməsi üzrə 9C sinif şagirdi Cəfərova Göyçək Şöhrət qızı - 261 bal. 

 

***

No description available.

Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədov Rəvan Rüfət oğlu 244 bal.