Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 14:43:47
II və III qruplar üzrə imtahanlardakı testlərin izahı AÇIQLANDI

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 may 2023-cü il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı açıqlanıb.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

 

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).