Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 10:21:00
“Brend tələbə”: “Ailəm təhsil almağıma razı deyildi, indi isə qürur duyur” - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Günel Quliyevadır.

 

- İlk növbədə özünüzü tanıtmağınızı istərdik...

- Mən Günel Quliyeva, 27 yaşım var. Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisası üzrə 2-ci kurs tələbəsiyəm.

Açıklama yok.

 

- Sizin fikrinizcə, “Brend tələbə” hansı xüsusiyyətlərə malik olmalıdır?


- Düşünürəm ki, "Brend tələbə" biliyi, dünyagörüşü, əxlaqı, sosial əlaqələri və s. müsbət keyfiyyətləri ilə digərlərinə örnək olmalıdır. Bunların olması üçün mən də əlimdən gələni edirəm və etməyə də davam edəcəm. 

 

- Universitet və ixtisas seçiminiz nədən irəli gəlib? Bunu əvvəlcədən planlaşdırmışdınız?

- Universitet xəyalım uşaqlıqdan olub, amma atam qızların oxumasına müsbət yanaşmadığına görə, istəyimə gec nail olmuşam. Bir xeyli mübarizə aparıb arzuma çatmışam. Həm də Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmaq arzuma...

Düşünürdüm ki, Azərbaycan İlahiyyat İnstitutu din və həqiqətləri üzə çıxarmaq üçün mənə ən gözəl yol olacaq. Bu daxilimdən gələn bir seçim idi. İxtisasımı əvvəlcədən seçmişdim, amma qəbul oluna bilməyəcəyimdən çox narahat idim. Çünki bu ixtisasa qəbul olunmaq üçün imtahandan sonra institut rəhbərliyi, bir neçə müəllim və təhsil işçiləri qarşısında müsahibə verməli idim. Çox həyəcanlı olsam da, arzularıma çatmaq üçün həyəcanımı yenməyi bacarıb müsahibədən keçdim. İndi atam mənimlə qürur duyur, düşüncələri tamamilə dəyişib və mən günbəgün bu universiteti seçdiyim üçün şükr edirəm.


Açıklama yok.

- Bəs hələ də təhsiliniz barədə qərar verərkən ailənizdən rəy alırsınız, yoxsa təkcə öz düşüncələrinizə uyğun hərəkət edirsiniz?

- Bəli, əvvəldə dediyim kimi, bu məsələlərdə öz fikrimi ailəmə bildirir, onların da razılığını alıram.  Təbii ki, hər bir uğurum onları hər gün qürurlandırır, bu isə məni daha da sevindirir.

 

- Yəqin ki, aktiv tələbə olduğunuza görə, institutda çoxlu dostlarınız var. Necə düşünürsünüz, orta məktəb dostluqları daha güclü olur, yoxsa institut?

 
- Bu həqiqətən çox önəmli məsələdir. Məktəb vaxtında dost münasibətlərinə çox diqqət etmişəm. O vaxtlar dostu olmayan az yaşıdım var idi. İndi isə yaşca məndən kiçik olan institut yoldaşlarımın çoxu bu problemi yaşayır. Dostluq münasibətlərini yaxşı qurmaq üçün bütün divarları yıxmağa çalışıram. Düşünürəm ki, dostluq həqiqi təmənnasız olduğu zaman daha güclü olur. Mənim sinif yoldaşlarım ilə hələ də əlaqəm var, ancaq Azərbaycan İlahiyyat İnstitutu mənə təsəvvürümdən artıq həm sayca çox, həm də güclü, sarsılmaz dostluq qurmaq şansı verib. 

 

- İnstitutda hansı nailiyyətləriniz olub?

Açıklama yok.


- İnstitutda nailiyyətlərim çoxdur. Onları saymaq istərdim. Məncə bunları görən tələbə dostlarıma da bir stimul olacaq və daim həm dərslərdə, həm də sosial fəaliyyətlərdə aktiv olacaqlar.
Birinci kursda ilk aldığım diplom 8 noyabr Zəfər günü ilə bağlı şeir müsabiqəsindəki birinci yer idi. Daha sonra "Təhsil aldığı dövrdə institutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışına görə", "İnstitutun ictimai həyatında fəal iştirakına görə", "Quran qiraəti" müsabiqəsində iştirak etdiyinə görə", "Ramazan ayında Qurani-Kərim xətmində fəal iştirakına görə" təşəkkürnamələr, "Din, mədəniyyət və cəmiyyət-3" mövzusunda, "Qış məktəbində fəal iştirakına görə" sertifikat, bundan əlavə, institutxarici tədbirlərdə "Lider kimdir..." layihəsində iştiraka görə sertifikat və bir neçə başqa diplom almışam.

 

- Sevdiyiniz dərsdənkənar məşğuliyyətiniz var?

- Dərsdən sonra gəzməyi, yeni yerlər və insanlar kəşf etməyi, gözəl mənzərələrin şəklini çəkməyi çox sevirəm.

 

- Maddi ehtiyaclarınızı özünüz qarşılayırsınız, yoxsa ailəniz dəsdək olur?

- Ailəm də dəstək olur, ancaq çalışıram özüm aldığım təqaüdlə maddi ehtiyaclarımı qarşılayım, onları çətinə salmayım.