Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 16:09:00
“Maraqlı adam” - “Şairliyi də, müəllimliyi də çox sevirəm” - MÜSAHİBƏ

Şeirləri “Yandex Muzıka”da yayımlanan, Kanadada Toronto Universitinin ədəbiyyat antologiyasında çap olunan, İngiltərənin insan alverinə qarşı mübarizə aparan "NİA" təşkilatına ianə edən azərbaycanlı gənc müəllim-şairə...

 

Haqqında bəhs etdiyimiz şəxs Esmira Həziyeva AzEdu.az saytının "Maraqlı adam" layihəsinin müsahibi olub. 

 

 - Sizi oxucularımıza necə təqdim edək?

 

 - Mən - Esmira Həziyeva, 12 avqust 1996-cı ildə Rusiyanın Ulyanovsk şəhərində anadan olmuşam. 9 yaşım olanda ailəmlə Sumqayıt şəhərinə köçmüşük və orada təhsil almağa davam etmişəm. 2018-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin rus dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunmuşam. 2022-ci ildə ali təhsilimi bitirmişəm.

 

 - Hansı məktəbdə dərs deyirsiniz?

 

 - Mən rus dili fənnini repetitor olaraq tədris edirəm. Bütün siniflər üzrə rus dili dərsləri keçirəm.

 

 - Bəs məktəbdə müəllim olmağı düşünmüsünüz?

 

 - Bəli, gələcək zaman üçün düşünürəm.

 

 - Şairəliyə nə vaxtdan başlamısınız?

 

 - Məktəb yaşlarımdan şeir yazmağı sevirdim. İlk şeirimi 7 yaşımda Puşkinin şeirlərindən ilhamlanaraq yazmışdım. İncəsənətə böyük marağım var idi, lakin ailə və məktəb dəstəyi görmədiyim üçün bir müddət buraxmalı oldum. Yenidən universitetin birinci kursunda şeir yaradıcılığına qayıtdım və özümə söz verdim ki, bu yaradıcılığı tərk etməyəcəyəm.

 

 - Hansı janrda şeirlər yazırsınız?  

 

 - Müxtəlif janrlarda... Daha çox janra yox, şeirlərdə mənaya fikir verməyə çalışıram. İlk başladığım zamanlarda poeziyam sevgi lirikası idi, sonralar daha çox qadınların həyatı, qadın olmağın çətinlikləri haqqında şeirlər yazmağa başladım. Yazdığım mövzular Azərbaycan ədəbiyyatı üçün yenilikdir və ədəbiyyatımıza daha çox töhfə vermək istərdim.

 

 - Şeirləriniz hansı dillərdədir?

 

 - Məktəbdə rus bölməsində oxuduğum üçün şeirlərimin çoxu rus dilindədir. Amma Azərbaycan və türk dillərində də şeirlərim var. Gələcəkdə ingilis dilində şeirlər yazmaq istərdim.

 

 - Şairə kimi hansı nailiyyətlər əldə etmisiniz?  

 

 - Şeirlərimi Esmira Sinbirli təxəllüsü ilə yazıram. Sinbir doğulduğum Ulyanovsk şəhərinin əsl qədim türk adıdır. Poeziyada bu ad altında bir sıra nailiyyətlərim oldu. 2019-cu ildə audioşeirlərim “Yandex Muzıka” və digər bir çox xarici musiqi saytlarına əlavə edildi. 2022-ci ildə Rusiyanın məşhur "Polutona" ədəbiyyat jurnalında şeirlərim dərc edildi. Həmin şeirlərim Qarabağ mövzusuna və qadınlara həsr olunmuşdu. Bu mənim üçün böyük nailiyyət idi. Daha sonra şeirim Kanadada Toronto Universitinin ədəbiyyat antologiyasına əlavə olundu. Bunun nəticəsində İngiltərənin insan alverinə qarşı mübarizə aparan "NİA" təşkilatına ianə edildi.

 

 - Müəllim olaraq qazancınız sizi qane edirmi?

 

 - Müəllim olaraq aldığım gəlir doğrusu məni qane etmir. Məsələn, kitab nəşr etmək istəsəm də, əldə etdiyim gəlir buna imkan vermir.

 

 - Şairəlikdən qazanc əldə edirsiniz?

 

 - Xeyr, gəlir heç zaman əldə etməmişəm. Bu işi çox sevdiyim və cəmiyyətin səsi olmaq üçün istifadə etmişəm. Amma gəlir əldə etmək də bir şairə üçün çox yaxşı olardı. Bu şairəyə yaradıcılığını davam etməsi üçün dəstək ola bilər.

 

 - Heç repetitorluğu atmağı düşünmüsünüz?

 

 - Xeyr, qətiyyən düşünmürəm. Şairliyi də, müəllimliyi də çox sevirəm və hər ikisini bir arada davam etdirməyi düşünürəm.

 

 - Şeir yazmağa marağı olan şagirdləriniz varmı? Onlara hansı tövsiyələri verirsiniz?

 

 - Təəssüf ki, Azərbaycanda gənc nəslin ədəbiyyata marağının nisbətən azaldığını görürəm. Bunun səbəbləri həm indiki dövrün texnologiya zəmanəsi olmağı ilə əlaqələndirirəm, həm də bu sənətin  gəlir sahəsi olmaması öz sözünü deyir. Amma mən yenə də əlimdən gəldiyi qədər ədəbiyyatın cəmiyyət üçün mühüm olduğunu və onun mənəvi təsirini hər zaman dərslərimdə vurğulayıram.


Esmira Sinbirlinin şeirlərindən birini təqdim edirik:

 

 

Она и они " Пора замуж " сказали они,

А себя она баловать хочет.

Ей  всего лишь двадцать три,

Она над ними в голос  хохочет.

 

"Зачем смотреть за детьми

В столь молодые яркие дни,

Цветущихся так разноцветно,

Проводя с тоскою  будни"

 

У нее есть громадные цели,

В которых она верит давно.

Ей не нужны колыбели,

Замужним   не так уж легко.

 

Она смело считает

Мужчина женщине равен,

Но это  их раздражает 

Для них она кривое ребро.