Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-22 12:08:00
Qəbul imtahanlarının sualları asan idi - Ekspert RƏYİ

Dövlət İmtahan Mərkəzi (DİM) ötən həftəsonu qəbul imtahanları keçirib.

 

Mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi təşkil olunub.

 

Mart və aprel ayında keçirilən buraxılış imtahanlarında sualların çətin və səhv tərtib olunduğuna dair şikayətlərin ardı-arası kəsilmirdi.

 

Bəs qəbul imtahanları ilə bağlı vəziyyət necədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi qəbul imtahanlarında tərtib olunmuş suallarda səhvlik olmadığını qeyd edib:

 Fotoğraf açıklaması yok.

“Düşünürəm ki, dünən və ondan əvvəlki gün keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərə təqdim olunan suallar normal şəkildə idi. Keçirdiyimiz sorğuya əsasən onu deyə bilərəm ki, abituriyentlər buraxılış imtahanı ilə müqayisədə blok imtahanda suallardan o qədər də şikayətçi deyillər. Abituriyentlər yalnız bir sualla bağlı səhvlik olduğunu iddia edirdilər. Dövlət İmtahan Mərkəzinin “Youtube” platfoması üzərindən açdığı canlı yayımda həmin sualla bağlı müraciətlər oldu. Lakin DİM sözügedən sualda heç bir səhvlik olmadığını açıqladı”. 

 

Ekspert şənbə və bazar günləri təşkil olunmuş imtahanların ümumi olaraq asan keçdiyini bildirib:

“İmtahan nəticələrinin gələn ayın 7-sinə qədər elan olunması nəzərdə tutulur. Abituriyentlərin müəyyən fənn, yaxud sualla bağlı iradları varsa, nəticələr elan olunduqdan sonra apellyasiya komissiyasına müraciət edə bilərlər.

Keçirilən qəbul imtahanının ümumi səviyyəsinə nəzər yetirsək, qeyd edə bilərik ki, suallar  abituriyentlər üçün daha asan tərtib olunmuşdu. Eyni zamanda buraxılış imtahanına nəzərən abituriyentlər öz biliklərini daha təqdim edə biliblər”,- deyə o, fikirlərini tamamlayıb.