Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-20 10:59:00
Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, 20 mayda Bakı şəhəri ilə yanaşı bir sıra bölgələrdə, ümumilikdə 33 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib. 

 

Şagirdlər 26 maydan etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər. Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif, Məktəblilərarası fənn müsabiqələri isə VI,VII sinif şagirdləri arasında təşkil olunur.