Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 16:41:50
Şagirdlər üçün peşə seçimi mövzusunda təlim keçirilib

2023-cü il mayın 17-də ümumtəhsil məktəblərində peşəyönümü xidmətinin təşkili fəaliyyətləri çərçivəsində Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Səlimə Quliyeva İ.Tağıyev adına 26 saylı tam orta məktəbdə yuxarı sinif şagirləri üçün “Peşə seçiminin əhəmiyyəti və ona təsir edən amillər” mövzusunda təlim keçirib. 

 

AzEdu.az xəbər verir ki, interaktiv təlim üsulları tətbiq edilməklə keçirilən təlimdə S.Quliyeva şagirdlərə peşə təhsilinin insan həyatındakı rolu, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar barəsində məlumat verib. Təlim zamanı peşə maraqlarını müəyyənləşdirmək məqsədilə testləşmə aparılıb, hər bir şagirdə təlim kitabçası və test sualları təqdim edilib.