Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 11:59:00
Sertifikasiya sualları hamı üçün eyni səviyyədə olacaq? - Müəllimlərin DİQQƏTİNƏ!

Sertifikasiya imtahanlarında suallarının çətinlik səviyyəsi eyni olacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İntitutunun direktoru Rüfət Əzizov onlayn brifinq zamanı bildirib.


O xatırladıb ki, imtahanlar 2 mərhələdən ibarətdir: test və müsahibə.

 

"Test mərhələsində 50 sual müəllimin tədris etdiyi fənlə, 10 sual isə metodika ilə bağlıdır.
30 sual və daha çoxuna cavab verən müəllimlər müsahibə mərhələsinə buraxılır.
Burada isə 40 baldan 20 bal toplamaq kifayətdir".


R.Əzizov deyib ki, bu il ərzində 20 minə yaxın müəllimin iştirakı ilə görüşlər keçirilib. İmtahanlarda hansı mövzulardan neçə sual düşəcək və hansı çətinlik səviyyəsində olacaq kimi suallara cavab verilib:


"Əsas onu deyək ki, bir çərçivə var ki, biz bunu əvvəlcədən tərtib etmişik və bütün müəllimlərə eyni səviyyədə suallar düşəcək. Ola bilsin ki, imtahanda olan mətn dərslikdən olmasın, amma bu o demək deyil ki, həmin çərçivədən kənardır. Ədəbiyyat fənnindən də dəqiq olaraq bildirmişik ki, hansı əsərlər oxunmalıdır. Bunlar barədə bütün məlumatlar təqdim olunub, Dəstək xidmətimiz də davam edir. Yaxın vaxtlarda sınaq imtahanlarının da təşkili baş tutacaq. Əlbəttə, imtahanlarda iştirak etmək könüllü xarakter daşıyır".