Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 14:30:00
“Təəssüf ki, atam bu uğuruma şahid ola bilmədi” - Mərhum deputatın qızı ilə MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı, mərhum Mais Səfərlinin bu il 11-ci sinfi bitirəcək qızı Məltəm Səfərli dünyanın 15 reytinqli universitetindən yüksək təqaüd və qəbul yeri qazanıb.

 

Xatırladaq ki, mərhum Mais Səfərli  1993-cü ildən 2020-ci ilin sonunadək Yurddaş Partiyasının sədri olub.

2001-2005-ci ildə 9 saylı Xətai birinci seçki dairəsindən İkinci çağırış Milli Məclisin deputatı olub. 2020-ci iln dekabrında koronavirusa yoluxma səbəbindən vəfat edib.

 

AzEdu.az təhsil portal olaraq bu cür istedadlı gənclərimizdən müsahibələr alır, onları oxuculara tanıdırıq.

 

Məltəm Səfərli saytımızın müsahibi olub, öz uğurları, gələcək hədəfləri barədə danışıb:

 

- İlk növbədə özünüz haqqında məlumat verməyinizi istəyərdik...

 

- Mən Məltəm Səfərli, hazırda “Tərəqqi” liseyinin 11-ci sinfində təhsil alıram. Respublika Fənn Olimpiadasının Kimya fənni üzrə 3 dəfə qızıl medalçısıyam. Bir çox tibb və mental sağlamlıq barədə elmi məqalələrin müəllifiyəm. Tibb, ekologiya və psixologiya sahələri ilə bağlı 3 startup layihəsinin də qurucusuyam. Bundan əlavə, bəstəkar və yazıçı kim də həvəskar fəaliyyətim var.

Açıklama yok.

 

- Qəbul olunduğunuz 15 universitetin adlarını deyə bilərsiniz? Onlar hansı ölkədə yerləşir?

 

- Qəbul dəvəti aldığım xarici ali məktəblər sırasına Amerikanın Michigan State University, Pace University, Illinois Tech University, University of Connecticut, Hamilton University, Binghamton University, Simmons University, Iowa State University, Ingiltərənin University of Glasgow, City University of London, University of Birmingham, Turkiyenin Medipol, Koç, Sabancı, Bilkent universitetləri daxildir.

 

- Bəs universitet seçimini etmisiniz? Bu seçim sizin üçün çətin olmadı?

 

- Xeyr, hələ ki seçim etməmişəm. Digər təqaüd proqramlarından və universitetlərdən də cavab gözləyirəm. Ümumi proses yekunlaşdıqdan sonra, son qərarımı verəcəyəm. 

 

- Hansı ixtisas üzrə təhsil almaq istəyirsiniz?

- Kiçik yaşlarımdan indiyə kimi tibb sahəsinə böyük marağım olub. Tibbi avadanlıqlar mühəndisliyi (Biomedical Engineering) və Biotexnologiya sahələrini oxuyub, daha sonra təhsilimi tibb sahəsi üzrə davam etdirməyi düşünürəm.

 

- Bu ixtisası seçmək sizin üçün nədən irəli gəlib?


- Elə bir dövrdə yaşayırıq ki, texnologiya günbəgün inkşaf edir. Düşünürəm ki, texnologiya inkşaf etdikcə, tibb sahəsində də yeni-yeni kəşflər, yeni müalicə üsulları ortaya çıxacaqdır. Buna görə də gələcəkdə biotexnologiya və onun biznes sahəsindəki önəmini araşdırdıqdan sonra bu bilgiləri tibb sahəsinə əlavə edərək, innovativ preparatların və müalicə metodlarının təsisçisi olub cəmiyyətə faydalı bir mütəxəssis kimi fayda vermək istəyirəm.

Açıklama yok.

 

-Xaricdə təhsilinizi bitirdikdən sonra vətənə qayıtmaq fikriniz var, yoxsa karyeranızı orda quracaqsınız?


- Bu sualın cavabını əminəm ki zaman göstərəcək. Lakin istər xaricdə, istərsə də öz ölkəmizdə, qalib Azərbaycanımızın övladı olaraq hər yeni addımım və uğurumda ölkəmi layiqincə təmsil edəcəyəm!

 

- Başqa ölkədə yaşamağın çətin olacağını düşünürsünüz?

- İlk vaxtlar adaptasiya üçün çətin olsa da, istər-istəməz insan yeni mühitə öyrəşir, yeni düşüncələr və simaların nəticəsində dünyaya fərqli bir perspektivdən baxmağı da öyrənir. Əlbəttə ailədən və doğma diyardan ayrı olmaq nə qədər çətin və darıxdırıcı olsa da, onlara olan sonsuz sevgi insanı daim motivasiya edərək irəli səsləyir.

 

- Təhsilinizdə ən böyük dəsdəkçiniz kimdir?


 - Ən böyük dəstəkçim sözsüz ki, məni heç zaman öz ruhlandırıcı dəstəyindən məhrum etməyən və mənə qəlbinin ən dərinliyindəki güvən və sevgi hissini bağışlayan Anamdır! Mənə uğuru bəxş edən ən böyük faktorlardan biri də məhz onun sonsuz dəstəyidir! 

 

- Atanız təhsilinizlə bağlı sizə hansısa vəsiyyət etmişdimi?



- Özümü bir şəxsiyyət kimi ifadə edə bilməyimdə atamın rolu əvəzolunmazdır. Təbii ki, onun da ən böyük arzularından biri məni arzuladığım sahənin bir peşəkarı olaraq görmək idi və hər zaman sevdiyim sahəni seçməkdə mənə dəstəkverirdi. Təəssüf ki, bu uğurlarımın şahidi olmasa da, əminəm ki, ruhu daim qürur hissi ilə yanımdadır.


Açıklama yok.

 

- Gələcək üçün ən böyük arzunuz və hədəfiniz nədir?

 
- Ən böyük arzum gələcəkdə seçdiyim sahədə inkşaf edərək kəşflərimlə insanlara və insanlığa faydası toxunan bir tanınmış mütəxəssis olmaqdır. Bundan əlavə, bir bəstəkar və yazıçı olaraq bu sahələrdə də özümü sınayıb irəli getmək hədəflərimdən biridir.

Açıklama yok.