Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 11:53:00
Bu il ali məktəblərə daha çox tələbə QƏBUL OLUNACAQ

Dövlət İmtahan Mərkəzi (DİM) bu həftəsonundan etibarən ali məktəblərə qəbul imtahanlarına start verir.

 

Abituriyentlər buraxılış imtahanından sonra həyəcanla qəbul imtahanlarının necə keçəcəyini gözləyirlər.

 

 

Bəs bu il abituriyentlərin ali təhsil müəssilərinə qəbulu hansı səviyyədə ola bilər? 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov son illərdə keçirilən imtahanlarda yüksək nəticələrin xeyli aşağı düşdüyünü vurğulayıb:

kamran-esedov-izleyicini-tehqir-etdi

 

“Son 3 il ərzində orta ümumi təhsil məktəblərimizin nəticələrində müəyyən aşağı enmələr müşahidə edirik.Təkcə tədris nəticələrində deyil, təlim və idarə prosesi ilə bağlı da bəzi zəifləmələr mövcuddur. 2013-cü ildən başlayan müsbət göstəricilər son 3 il ərzində ciddi şəkildə mənfiyə doğru getməyə başlayıb. Bu il keçirilən və 100 mindən çox abituriyentin iştirak etdiyi buraxılış imtahanlarında maksimum nəticə toplayan olmadı. Bu təbii ki, yaxşı hal deyil. Heç kim bu fikirlə razı olmamalıdır ki, 300 bal olmasa da olar. Olmalıdır. 100 mindən çox şagird arasından bircə nəfər də tapşırıqların hamısına cavab verə bilmirsə, burada iki problem var. Ya test tapşırıqları problemlidir, ya da iştirak edən şəxslərin imtahana hazırlıq səviyyəsi çox aşağıdır”. 

 

Ekspert qəbul imtahanlarının 2-ci cəhdində nəticələrin daha yaxşı olacağına ümid edib:

“Qarşıda qəbul imtahanları var. Bu imtahanlar mahiyyət etibarı ilə buraxılış imtahanlarından çətindir. İxtisas qrupları üzrə biz müqayisə aparsaq görərik ki, IV ixtisas qrupu üçün imtahanın birinci mərhələsi, yəni buraxılış imtahanı formal olaraq çətin ola bilər. Çünki bu ixtisas qrupunda olan fənlərin heç biri onların ixtisas fənlərinə daxil deyil. Digər ixtisas qruplarında isə buraxılışdakı fənlərlə qəbuldakı fənlərin eyniliyi var.

 

Bir məsələni qeyd edim ki, bu il ali təhsil müəssislərinin qəbul planında ciddi artım müşahidə olunacaq. Ali məktəblərə qəbul olunanların sayında kəmiyyət baxımdan artım görəcəyik, lakin  keyfiyyət baxımından ballarda hər hansı bir artım olmayacaq. Hesab edirəm ki, qəbul imtahanlarının 1-ci cəhdində deyil, 2-ci cəhdində daha yaxşı nəticələr olacaq. Ötən ay keçirilən buraxılış imtahanından yaxşı nəticələrin olmaması abituriyentlərə psixolojik olaraq mənfi təsir göstərdi. Düşünürəm ki, onlar iyula qədər toparlanıb qəbul imtahanının 2-ci cəhdində nəticilərəni yüksəldəcəklər”.

 

K.Əsədov imtahanlarda bəzi fənlərin ixtisar olunmasını təklif edib:

 

“Çox təəssüf ki, bu il maksimum bal toplayan olmayacaq. Bu da təhsildə yanlış tendensiyanın getməsinə səbəb olacaq. Aşağı ballar ilə ali təhsil müəssislələrinə qəbulun mümkünlüyünü göstərəcəyik. Bu da abituriyentlərdə elə düşüncəni yaradacaq ki, “bizim o qədər də yaxşı hazırlaşmağımızıa ehtiyac yoxudur, onsuz da aşağı bal toplasaq da, ali məktəbə qəbul olunacağıq”. Buna görə də, düşünürəm ki, qəbul qaydalarında müəyyən qədər dəyişikliklər olmalıdır. Xüsusən də ixtisas qrupları üzrə lazım olmayan fənləri ixtisara salmalıdırlar”.

 

Qeyd edək ki, mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi keçiriləcək.

 

Mayın 21-də həm də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər coğrafiya fənnindən imtahan verəcəklər.