Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 09:55:00
Azərbaycan dili imtahanının nəticələri bu həftə açıqlanacaq - DİM

Mayın 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.


AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

 

“Qeyd edək ki, hər hansı bir imtahanın nəticəsi hazır olan kimi elan olunur. Dəqiq gün və saat demək mümkün deyil”, - DİM-dən bildirilib.