Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-17 09:12:00
"COVİD-19"dan sonra yaranan yeni trend - “təbəssüm kursları”

Yaponiya sakinləri COVID-19 pandemiyasının başa çatması ilə əlaqədar ictimai yerlərdə qoruyucu maskaların məcburi taxılması ləğv edildikdən sonra gülümsəməyi öyrədən mütəxəssislərə müraciət etməyə başlayıblar.

AzEdu.az saytı "Guardian"a istinadən xəbər verir ki, pandemiyadan qorunmaqla bağlı  məhdudiyyətlərə görə yaponlar ictimai yerlərdə maska taxmaq tələbinə üç il müddətində riayət ediblər. İndi onlar maskasız ictimai yerlərə çıxmağa başladıqları zaman gülümsəməyi unutduqlarını başa düşüblər.

“Maska taxmağın normaya çevrilməsi səbəbindən insanların gülümsəmək üçün daha az səbəbləri var idi və getdikcə daha çox insan bununla bağlı yaranmış komplekslə üzləşib”, – bunu “təbəssüm üzrə məşqçi” Keyko Kavano bildirib.

O əlavə edib ki, gözəl təbəssümə "üz əzələlərini hərəkət etdirmək və rahatlaşdırmaq" vasitəsi ilə nail olmaq mümkündür.

"İnsanların fiziki və əqli rifahları üçün şüurlu şəkildə gülümsəməyə vaxt ayırmalarını istəyirəm",-deyə məşqçi izah edib.

Təbəssümün inkişafı üzrə kurs təqdim edən Egaoiku şirkətindən  bildirilib ki, 2023-cü ilin fevralından sonra onlara müraciət edənlərin sayı 4,5 dəfə artıb.