Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 16:49:00
Məktəb direktorları üçün vakant yerlərin sayı məlum oldu

“Şagird sayı 500-dən az olan 387 məktəbdə direktorlar üçün vakant yer mövcuddur”.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri 6 nömrəli məktəb-liseydə  keçirilən brifinqdə deyib.

 

"Şagird sayı 500-dən az olan 387 məktəb üçün vakant yer mövcuddur. Bu vakant yerlər üçün 1400 nəfər müraciət edib. Onlaran 600-ü uğur qazanıb. Şagird sayı 500-dən çox olan 148 məktəbdə vakant yer açılmışdır. Bu vakant yerlər üçün 1000 nəfər müraciət edib".

 

Müsabiqə mayın 17-nə kimi davam edəcək.