Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 16:24:55
Nazir sertifikasiya təlimlərindən imtina edən müəllimlərin sayını açıqladı

Aprelin 1-dən ötən il sertifikasiyadan kəsilmiş 2500-dən çox müəllim  təlimlərinə başlanılıb.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədi daşıyır.

 

Sözügedən təlimlər müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunur.

 

AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 505 nəfər müəllim təlimlərdə iştirakdan imtina edib.

O, bunun səbəbinin nazirliyə məlum olmadığını bildirib.