Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 18:10:00
AzEdu.az rezonansa səbəb olan  “Ayın müəllimi” müsabiqəsinin qalibləri məlum oldu

AzEdu.az təhsil portalının müəllimlər arasında təşkil etdiyi “Ayın müəllimi” yazı müsabiqəsinin qalibləri bəlli olub.

“MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda müəllimlər arasında keçirilən “Ayın Müəllimi” müsabiqəsində  səsvermə bu gün 17:00-da başa çatıb.

AzEdu.az xəbər verir ki, portalın sentyabr ayının qalibini müəyyən etmək üçün keçirdiyi ilk yarışma zamanı səsvermədə 46 mindən çox adam iştirak edib.

Səsvermənin nəticələrinə görə, “MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda müəllimlər arasında keçirilən “Ayın Müəllimi” müsabiqəsində I yerin qalibi 41.3% səs çoxluğu ilə Məcid Musayevdir. 23.8 % səslə Şəhanə İsgəndərova II, 18.2% səslə ilə Araz Hacıyev III yerin qalibi elan edilir.

Xatırladaq ki, ilkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb. Daha sonra isə həmin yazılar AzEdu.az sorğu panelində səsverməyə təqdim edilib.

Müəllif müəllimlər portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Təltifetmə mərasiminin Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrində təşkili nəzərdə tutulur. Üstəlik, təltifetmədə rəsmi nümayəndələr və deputatlar iştirak edəcək. Tədbirin dəqiq vaxtı və məkanı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, yazılarla tanış olmaq üçün xəbər lentinin yuxari hissəsində yerləşən “Müsabiqə yazıları” bölməsinə klikləyin.

Müsabiqənin oktyabr ayı üçün keçirilən ikinci yarışmasının mövzusu isə tezliklə AzEdu.az portalında elan ediləcək.