Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 10:17:00
Valideynlərin 16 faizi kollec təhsilini övladları üçün kafi hesab edir

"Təhsil İqtisadiyyatının Monitorinqi" jurnalının yeni nömrəsində deyilir ki, Rusiyada valideynlərin böyük əksəriyyəti (80%) övladlarının ali təhsil almasını istəyir.

AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, valideynlərin əksəriyyəti (40%) hesab edir ki, övladları üçün bakalavr və ya mütəxəssis təhsili kifayətdir.

Rəyi soruşulanlardan 25%-i övladının magistratura, 4%-i aspirantura, 8%-i  iki ali təhsil almasını istəyir.

Valideynlərin yalnız 16%-i övladlarının orta ixtisas təhsili alması ilə məhdudlaşmasına hazırdır.

4% məktəb səviyyəsini kafi hesab edir, 3% buna əhəmiyyət vermir.