Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 15:55:05
Qəbul imtahanlarına gedəcək abituriyentlərə xəbərdarlıq: BUNLARI ETMƏYİN!

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdini keçirəcək.

Mayın 21-də həm də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək.

 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.


Abituriyentlər bu gündən "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.   

AzEdu.az xəbər verir ki, bu ilin ilk blok imtahanlarına hazırlaşan abutiriyentlərə aşağıdakı qaydalara əməl etməlidirlər:

1. Siz imtahan günü buraxılış vәrәqәnizdә göstәrilәn vaxtda imtahan verәcәyiniz binanın qarşısına gәlmәli, özünüzlә mütlәq qara vә ya tünd göy rәngdә yazan, mürәkkәb axıtmayan diyircәkli qәlәm vә HB sәrtliyindә sadә karandaş, qәlәmyonan, pozan vә aşağıdakı sәnәdlәri gәtirmәlisiniz:

- özünüzlə şәxsiyyәti tәsdiq edәn sәnәdi götürməlisiniz. Şәxsiyyәti tәsdiq edәn sәnәdindә şәkli olmayan abituriyentlәr, digәr sәnәdlәrlә yanaşı, tәhsil müәssisәsi tәrәfindәn verilmiş vә fotoşәkillәri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir) gətirməlidir.

- imtahana buraxılış vәrәqәsi üzərinizdə olmalıdır.

2. Abituriyent aşağıdakı hallarda imtahana buraxılmayacaq:

- tәlәb olunan sәnәdlәrdәn hәr hansı biri olmadıqda vә ya sәnәdlәr arasında uyğunsuzluq olduqda;
- saxta sәnәd tәqdim etdikdә;
- imtahan binasına imtahanın başlanmasına 15 dәqiqә qalmış gәldikdә;
- imtahan binasına imtahana gәtirilmәsi qadağan edilmiş әşyalarla daxil olmağa cәhd etdikdә.

3. Göstәrilәn sәnәdlәri imtahan binasının giriş qapısında buraxılış rejimini hәyata keçirәn mühafizә әmәkdaşlarına tәqdim edib yoxlamadan keçdikdәn sonra imtahana buraxılış vәrәqәnizdә göstәrilmiş müvafiq kodlu zala getməlisiniz.

Abituriyentә aşağıdakılaq qadağandır:

- saxta sәnәd tәqdim etmәk;

- imtahana öz yerinә başqasını göndәrmәk;

- imtahan binasına mobil telefon, ağıllı saat vә digәr rabitә vasitәlәri, kalkulyator vә digәr elektron cihazlar, konspekt, lüğәt, cәdvәl, mәlumat kitabçası, çanta, xarici yaddaş qurğuları vә başqa yardımçı vasitәlәr gәtirmәk vә onlardan istifadә etmәk;

Abituriyentin imtahan binasına qadağan edilmiş vasitә, vәsait vә ya әşya keçirdiyi müәyyәnlәşdirilәrsә bu barәdә imtahan rәhbәri tәrәfindәn akt tәrtib edilir vә bu vasitә, vәsait vә ya әşyalar araşdırma aparmaq üçün Dövlәt İmtahan Mәrkәzinә tәhvil verilir.

Texniki vasitәlәrin informasiya ötürücülük xüsusiyyәtini müәyyәnlәşdirmәk mümkün olmadıqda bu vasitәlәrin dә imtahan binasına buraxılmasına icazә verilmir.

- yandırıcı, partlayıcı, kәsici, deşici, atıcı vә digәr bu növ әşyalarla imtahan binasına girmәk, özü ilә yemәk, içmәk (şәffaf plastik qabda qazsız içmәli su istisna olmaqla), siqaret gәtirmәk;

- sual kitabçaları paylandıqdan sonra hәr hansı bir sәbәbә görә imtahan zalını tәrk edib yenidәn geri dönmәk;

- nizam-intizam qaydalarını pozmaq;

- zalda yerini dәyişmәk, gәzişmәk, yerindәn durmaq vә bu kimi hallarla imtahanın gedişinә mane olmaq;

- başqasının cavab kartına, cavab vәrәqinә, sual kitabçasına baxmaq vә ya öz cavab kartına, cavab vәrәqinә, sual kitabçasına başqasının baxması üçün şәrait yaratmaq;

- “İmtahan başlandı!” elan olunan andan 2 saat müddәt keçәnәdәk vә imtahanın son 15 dәqiqәsi әrzindә, sәbәbindәn asılı olmayaraq, imtahan zalından çıxmaq;

- cavab kartını vә cavab vәrәqini nәzarәtçiyә tәhvil vermәdәn imtahan zalından çıxmaq.

Belә hallara yol verәn abituriyentlәr imtahandan xaric olunacaq vә onların imtahan nәticәlәri DİM tәrәfindәn lәğv olunacaq.