Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 12:35:00
Məzun geyimləri tələbələrə məcburi satılır? - AÇIQLAMA 

Universitetlərin IV kurs tələbələri məzun gününə hazırlaşmağa bşlayıblar. Hər il olduğu kimi, bu il də məzun geyimi almaq məsələsi gündəmdədir. Bir çox tələbə universitetlərin öz məzun geyimlərini müəyyən məbləğ qarşılığında məcburi surətdə onlara satıldığını iddia edir. Tələbələrin dediyinə görə,  əgər həmin geyimlərdən istifadə etməsələr, universitetin təşkil etdiyi məzun gününə qatılmaqlarına icazə verilməyəcəyi şərti irəli sürülüb. Məsələdə adı hallanan universitetlərdən biri də Bakı Dövlət Universitetidir.

 

Mövzuya aydınlıq gətirməsi üçün Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Namazovaya müraciət etdik.

AzEdu.az-a açıqlamasında mətbuat katibi bu məlumatın yanlış olduğunu qeyd etdi.

“Tamamilə yanlışdır. Şəhərin müxtəlif yerlərində mantiyalar satılır. Tələbə bu məsələdə tam azaddır”.

K.Namazova universitetin məzun geyimlərindən istifadə edilmədiyi təqdirdə məzun gününə buraxılmama iddiasını da təkzib etdi.