Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 10:31:00
Abituriyent həm hərbi məktəbə, həm də universitetə sənəd verə bilər? - Rəsmi CAVAB

Xüsusi təyinatlı ali təhsil müəssisəsinə sənəd verən abituriyent (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi yoxlamalardan uğurla keçdiyi təqdirdə) ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata əsasən, xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent digər ali təhsil müəssisələrinin ixtisas seçiminə buraxılmır.

 

Xüsusi təyinatlı ali təhsil müəssisəsinin müsabiqəsindən keçməyən abituriyentlər isə müsabiqə şərtlərini ödədikləri halda, digər ali təhsil müəssisələrinin ixtisas seçimində iştirak edə bilərlər.