Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 09:47:00
DİM-dən 30 aprel tarixli imtahanların nəticələri barədə AÇIQLAMA

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən 9 və 16 aprel imtahanlarının nəticələri elan olunub.

 

9 illik bazada son buraxılış imtahanı isə 30 aprel tarixində keçirilmişdi. Şagirdlər səbirsizliklə nəticələrin nə zaman aşıqlanacağını gözləyir.

 

Bəs imtahan nəticlərinin nə zaman elan olunması gözlənilir?

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, 30 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.

 

“Qeyd edək ki, hər hansı bir imtahanın nəticəsi hazır olan kimi elan olunur. Dəqiq gün və saat demək mümkün deyil”- deyə DİM-dən bildirilib.