Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 09:36:00
Qəbul imatahanlarına buraxılış vərəqəsi bu həftə veriləcək - DİM

Bu həftəsonu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ll və lll ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi keçiriləcək.

 

Ali məktəblərə sənəd verənlər sözügedən imtahana buraxılış vərəqəsinin nə zaman DİM-in saytına yerləşdiriləcəyi barədə suallar ünvanlayırlar.

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, 20 və 21 mayda keçiriləcək qəbul imtahanlarına buraxılış vərəqəsi bu gün DİM-in saytına yerləşdiriləcək.

 
lll ixtisas qrupu üzrə 1-ci cəhd imtahanı mayın 20-də, ll ixtisas qrupu üzrə 1-ci cəhd imtahanı mayın  21-də keçiriləcək.

lll ixtisas qrupu üzrə 2-ci cəhd imtahanı 8 iyul, ll ixtisas qrupu üzrə 2-ci cəhd imtahanı isə 9 iyul tarixində keçiriləcək.