Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 13:01:00
“Bir tələbənin qətiyyən boş vaxtı olmamalıdır” – “Brend tələbə” ilə MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib. 

 

Saytımızda bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) lll kurs tələbəsi Raman İsmayılovdur.

 

 

- Universitet seçminizdən peşman olmamısınız ki?

 

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi, eləcə də ingilis dili müəllimliyi ixtisası mənim hədəfim idi. Hətta buna görə bir dəfə - 2019-cu ildə başqa universitetə qəbul olunmaqdan imtina etmişəm. 2020-ci ildə ADPU-ya qəbul olunandan sonra seçimimdə yanılmadığımı gördüm. Universitetin yaratdığı hər bir imkandan - təhsil, texnologiya, müasir standartlara cavab verən Kitabxana İnformasiya Mərkəzi, savadlı professor - müəllim heyətinin biliklərindən rahatlıqla yararlana bilirəm. Lakin mən düşünürəm ki, bir tələbə universitetin yaratdığı şəraitlə məhdudlaşmamalıdır, özü üçün geniş imkanlar yaratmağa çalışmalıdır. Əsl Azərbaycan gənci təkcə universitet və dövlətdən "nə alıram?", - deyə yox, mən Universitetə, dövlətə nə verirəm deyə düşünməlidir.

Açıklama yok.

 

- 10-11 siniflərdə artıq ixtisasınızı müəyyənləşdirmişdiniz, yoxsa topladığınız nəticəyə uyğun seçim etdiniz?

 

 - Mən hədəf və prioritetlərimi artıq məktəb vaxtı müəyyən etmişdim. Düşünürəm ki, hər kəs öz istək və bacarıqları istiqamətində irəliləməlidir. İmtahanda toplanan bal sadəcə təhsil müəssisəsini seçmək üçündür, ixtisasını yox. 

 

- Özünüzü necə bir tələbə kimi təsvir edərdiniz?

 

- Düşünürəm ki, mənim özümü təsvir etməyim doğru olmaz, çünki mənimlə bağlı ən dəqiq fikri müəllimlərim irəli sürə bilər. Mən doğru hesab etdiyim yolla irəliləyirəm və yanlışlarımı görəndə düzəltməyə çalışıram. Əgər doğru bildiklərim içərisində yanlışlar olarsa, bunu müəllimlərim daha dəqiq deyə bilər.

 Açıklama yok.

 

- Semestr imtahanlarına demək olar ki, çox az müddət qalıb. Hazırlaşmaq üçün vaxt ayıra bilirsiniz?

 

- Mən sistemli və proqramlı şəkildə çalışmağı sevirəm. Bu, olduğum hər situasiyada belədir. Dərslərimə də bu cür hazırlaşıram. Ən əsası onu qeyd etməliyəm ki, tələbə dərslik və ali təhsil proqramlarını sadəcə bir vasitə, istiqamətləndirici hesab etməlidir. Yəni müəllim o dərsi tədris etməmiş artıq o dərs barədə müəyyən biliklərə sahib olmalıdır. Mən daim müxtəlif mövzuları araşdırıb mütaliə etməyi sevirəm. Bunun üçün müxtəlif universitetlərin, müxtəlif dərsliklərini tez - tez və öncədən mütaliə edirəm. Təbii ki bu, həmin dərsi keçdiyim vaxt mənim işimi daha çox rahatlaşdırır - həm fiziki, həm də psixoloji cəhətdən.

 

- Gün ərzində sosial şəbəkələrdən nə qədər istifadə edirsiz?

 

- Sosial şəbəkələrdən sadəcə məlumat almaq, paylaşmaq və işlərim üçün istifadə edirəm. Bu isə mənim təbii olaraq müəyyən bir vaxtımı alır. "Nə qədər" sualına gəldikdə isə bu, içərisində olduğum situasiyaya bağlı olaraq azala və ya arta bilər. Lakin onu da qeyd edim ki, əsas informasiya vasitəsi kitablardır, sosial şəbəkələr yox...

 

- Boş vaxtınızı hansı məşğuliyyətlərlə dəyərləndirirsiniz?

 

- Mən ümumiyyətlə "boş vaxt" ifadəsini sevmirəm. Zamanın mahiyyətini dərk edən insan üçün hər an dolu olur. Bir tələbənin isə qətiyyən boş vaxtı olmamalıdır. Əgər qeyd etdiyiniz "boş vaxt" daha vacib işlərin yerinə yetirilməsindən sonra geriyə qalan zamanı xarakterizə edirsə, deyə bilərəm ki, mən kitab oxumağı çox sevirəm. Hər fürsət tapdıqda kitab oxuyuram. Lakin kitab oxumaq "boş vaxt" üçün deyil! Əksinə, insan dəyərli şeylərə zaman ayırmalıdır, onu boş vaxtını keçirmək üçün istifadə etməməlidir.

Açıklama yok.

 
- Seçdiyiniz peşəni sevirsiniz?

 

- Seçdiyim peşəni çox sevirəm. Bunun uğruna keçdiyim yol məncə ən bariz nümunədir. Ümumilikdə isə düşünürəm ki, insan həyatda çoxlu peşə bacarıqlarına yiyələnməlidir. Bu, onun xalqına və millətinə daha çox xidmət etməsi üçün vacibdir.

 

- Bəs universiteti bitirdikdən sonra magistratura pilləsində oxumaq fikriniz var?

 

- Əlbəttə, magistaturada oxumaq da əsas hədəflərim sırasındadır. İnşallah, bunu zaman göstərəcək!