Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 16:00:35
Sertifikatlaşmaya dair görüşlər davam edir

Cari ildə təkrar sertifikatlaşdırılma imtahanında iştirak edəcək ibtidai sinif müəllimlərinə dəstək məqsədilə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə təlimlər davam edir. Bu təlimlər sertifikatlaşdırılma nəticəsində müəyyən olunmuş təlim ehtiyaclarına uyğun olaraq müəllimlərin tədris bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.

 

AzEdu.az xəbər verir ki, mart ayından etibarən başlanan təlimlər Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional təhsil idarələrinin tabeliyində olan təhsil müəssisələrinin müəllimləri cəlb edilib. Təlim  proqramı sertifikatlaşdırılma imtahanının məzmununa uyğun olaraq müəllimlərin təlim ehtiyacları əsasında hazırlanıb. 

 

Adıçəkilən təlimə cəlb olunan müəllimlər prosesdən çox razı qaldıqlarını bildirirlər. Təlimin səmərəli təşkili, məzmunun ehtiyaclara uyğun olması, həmçinin təlim keçirilən məkanların müəllimlərin iş və yaşayış yerlərinə yaxın olması müəllimlərin məmnunluğuna səbəb olmuşdur. 

 

Məlumat üçün bildiririk ki, təlimlər, əsasən, ötən tədris ilində sertifikatlaşdırılma imtahanında yüksək nəticə göstərən müəllimlər tərəfindən keçirilir. Bu da müəllimlərə fəaliyyətlərini səmərəli qurmaq üçün daha da stimul verir.

 

Qeyd edək ki, təlimlər müəllimlərin iş və ya yaşayış yerlərinə yaxın mərkəzlərdə təşkil olunub.