Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 13:48:53
Pilot məktəblərin direktor müavinləri üçün keçirilən təlimlər başa çatıb

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) tərəfindən 66 pilot məktəbin direktor müavinləri üçün təşkil edilmiş təlimlər başa çatıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlər Elm və Təhsil Nazirliyinin “Regionlarda müasir metodik xidmətin təşkili” pilot layihəsi üzrə regional təhsil idarələri tərəfindən müəyyənləşdirilmiş məktəblərdə prosesin səmərəli təşkili və icra olunmasına kömək məqsədilə təşkil edilib.

 

Son təlimlərdə layihəyə cəlb olunmuş direktor müavinləri ilə sinfin idarə edilməsi, sinifdə sağlam sosial-psixoloji və mənəvi-psixoloji mühitin yaradılması və digər mövzularda müzakirələr aparılıb.

 

Qeyd edək ki, ölkə üzrə seçilmiş pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili üzrə layihələrin 2023-2024-cü tədris ilində də davam etdirilməsi nəzərdə tutulur.